Radiatorlarda paltar qurudanların nəzərinə! Təhlükəlidir | Icma.az
News24 saytından alınan məlumata görə, Icma.az bildirir. Paltarları qışda qurutmaq yaydan daha çətindir.
Balkondan asılan və yayda quruması gözlənilən geyimlər qışda ümumiyyətlə daha ənənəvi üsul olan radiatorlarda qurudulur.
News24.az Söz.az-a istinadla xəbər verir ki, mütəxəssislər paltarlarını bu şəkildə qurudanlara ciddi xəbərdarlıq ediblər.
Paltarların yuyulduqdan sonra qurudulması paltarlarımıza çökmüş suyun buxarlanmasına səbəb olur.
Bu o deməkdir ki, qış aylarında otağa yayılan su buxarı rütubət səviyyəsini artırır.
Rütubət səviyyəsi artdıqca kif problemləri yaranır.Qızdırıcıda paltarların qurudulması kif göbələklərinin bütün otaqda yayılmasına səbəb olur.
Tənəffüs yolu ilə bədənimizə daxil olan bu kif göbələkləri xəstəliklərə gətirib çıxarır.
Kif göbələklərinin çoxalması və yayılması hər kəsə, xüsusən də uşaqlarla yaşlılara pis təsir edə bilər.
Tam oxu
Xəbəri oxu