Radiolara subsidiyalar veriləcək

15.01.2025

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Rəqəmsal radio yayımına keçid ilə əlaqədar yerüstü radio yayımçılarının yayım xərcləri üçün subsidiya veriləcək.

Modern.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın 2024-cü il üzrə ümumi hesabatında məsələ yer alıb.

Məlumata əsasən, bununla bağlı "Azərbaycan Respublikasında rəqəmsal radio yayımına keçid ilə əlaqədar yerüstü radio yayımçılarının yayım xərcləri üçün subsidiya verilməsinin Qaydası"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərar layihəsi hazırlanıb.

Hesabatda qeyd olunub ki, layihənin son versiyası tam hazır olduqdan sonra hökumətə göndərilməsi nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью