Yenigundem saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub. Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “7GÜL” MMC (VÖEN – 1703068701) olub.
Dövlət Radiotezliklər İdarəsi müxtəlif güllərin və əklillərin satınalınması üçün “7GÜL” MMC-yə 100 min 333 manat 4 qəpik ödəyəcək.
Qeyd edək ki, satın alınacaq güllərin arasında “Dua çiçəyi” və “Pul ağacı” da var.