Radvan Qüvvələri nin komandirləri öldürüldü

07.03.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

İsrail Müdafiə Ordusu Livanın cənubunda və Beka vadisində raket qurğularını, silah anbarlarını və komanda məntəqələrini vuraraq "Hizbullah"ın obyektlərinə yeni zərbələr dalğası endirib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sosial şəbəkələrdəki bəyanatında bildirilib.

Bundan əlavə, Livanın cənubunda "Radvan Qüvvələri"nin komandirləri və onların iki komanda məntəqəsi zərərsizləşdirilib.

İsrail Müdafiə Ordusunun məlumatına görə, həmin komandirlər bu yaxınlarda İsrail qoşunlarına və vətəndaşlarına qarşı terror hücumlarının planlaşdırılmasında və həyata keçirilməsində iştirak ediblər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью