Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Rafa Mirin həbs cəzası azaldıldı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
İspaniyanın “Valensiya” klubunun sabiq hücumçusu Rafa Mirin həbs müddəti 8 il 6 aydan 7 ilə endirilib.
QOL.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Valensiya Muxtar İcmasının Ali Ədalət Məhkəməsi futbolçu ilə bağlı apellyasiya şikayətinə baxdıqdan sonra belə qərar qəbul edib.
Qeyd edək ki, Mir əvvəllər cinsi zorakılıq işi üzrə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, zərərçəkmişə bədən xəsarəti yetirmək ittihamı üzrə isə bəraət almışdı. Apellyasiya kollegiyası zərərçəkmişdə yaranan narahatlıq, depressiv vəziyyət və adaptasiya pozuntusunun ayrıca cinayət kimi qiymətləndirilə bilməyəcəyini əsas gətirərək cəzanı azaldıb.