Rafa Mirin həbs müddəti endirildi

28.11.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

İspaniyanın “Valensiya” klubunun sabiq hücumçusu Rafa Mirin həbs müddəti 8 il 6 aydan 7 ilə endirilib.

Axar.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Valensiya Muxtar İcmasının Ali Ədalət Məhkəməsi futbolçu ilə bağlı apellyasiya şikayətinə baxdıqdan sonra belə qərar qəbul edib.

Qeyd edək ki, Mir cinsi zorakılıq işi üzrə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью