Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Rafa Silva Portuqaliyada gündəm olmaqda davam edir.
"Football-plus.az" xəbər verir ki, məlum olduğu kimi portuqaliyalı ulduz bu qış ''Beşiktaş''dan ayrılaraq sabiq klubu ''Benfika''ya döndü. Rafa Silva şənbə günü ''Benfika''nın ''Eştrela''nı 4:0 məğlub etdiyi qarşılaşmanın 73-cü dəqiqəsində oyuna daxil olaraq Lissabon nəhəngindəki ikinci dönəmində debüt etdi.
Rafa oyuna daxil olarkən stadionun böyük hissəsi onu alqışlasa da, tribunalardan fit sədaları da eşidildi. ''Benfika''nın bəzi tərəfdarları bu transferə görə klubun pul xərcləməsi ilə barışa bilmir. Çünki 2024-ün yayında təcrübəli futbolçu klubu pulsuz tərk etmişdi. Amma indi ''qartallar'' onu geri qaytarmaq üçün 7 milyon avro ödəməli olublar.
Oyundan sonra Joze Mourinyoya Silva ilə bağlı bir neçə sual ünvanlandı. Ünlü mütəxəssis bu mövzuda bunları dedi:
''Təbii ki, Rafa Silvanı müdafiədə və ya dayaq yarımmüdafiəçisi kimi oynatmayacağıq. Harda lazımdısa, orda da oynayacaq. Özəl və üst səviyyəli futbolçudu. Hücumda harda tələb olunursa, oynayacaq. Bura bizə yardım etmək üçün gəlib. Rafanı meydana buraxarkən ona ''oyna və həzz al'' dedim. Açığı, hələ fiziki cəhətdən istənilən səviyyədə deyil. Oyun tempində bəzən enişlər yaşayır. Çox istəkli görünür. ÇL-də zatən oynamayacaq. Növbəti oyuna hazırlaşmaq üçün 1 həftəsi olacaq. Bu gün 20 dəqiqə oynadısa, ''Tondela'' ilə matçda daha çox oynaya biləcək''.