Rafa Silva Beşiktaş dan ayrılır

22.11.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Beşiktaş"ın təcrübəli futbolçusu Rafa Silvanın qış transfer dönəmində komandadan ayrılacağı dəqiqləşmək üzrədir.

Fanat.Az xəbər verir ki, Portuqaliya mətbuatının aparıcı nəşrlərindən "Record" bu qərarın artıq klub daxilində təsdiqləndiyini və futbolçu ilə yolların dostcasına ayrılacağını yazıb.

Məlumata görə, "Beşiktaş" rəhbərliyi maaş yükünün yüngülləşdirilməsi və qışda heyətdə ciddi dəyişikliklər planı səbəbilə Silvanın ayrılmasına müsbət yanaşıb. Portuqaliyalı yarımmüdafiəçi bu mövsüm gözlənilən performansı sərgiləmir. Hətta məşqlərə çıxmaqdan imtina etdiyo də bildirilir.

Ona həm Portuqaliyadan, həm də Yaxın Şərqdən təkliflərin olduğu bildirilir.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью