Rafa Silvadan karyera qərarı

16.11.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Beşiktaş"ın portuqaliyalı ulduzu Rafa Silvanın menecment şirkəti futbolçunun vəziyyəti ilə bağlı geniş açıqlama yayıb.

Fanat.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi futbolu buraxmaq niyyətində deyil və hazırkı müqaviləsi davam edərkən başqa klublardan təklif eşitmək istəmir.

Menecmentin açıqlamasına görə, Rafa yaşadığı çətinliklərdən sonra emosional şəkildə karyerasını bitirməyi düşündüyünü etiraf etsə də, bunun yalnız “ani bir duyğusal reaksiya” olduğunu bildirib.

Rafa Silvanın hazırkı vəziyyətdən narazılığı bir neçə səbəblə əlaqələndirilir. O, "Beşiktaş"ın mövsümə pis başlaması, ardıcıl xal itkiləri və Avropa yarışlarında iştirak etməməsi onu ciddi şəkildə üzdüyünü bildirib. Komandada davam edən idarəçilik dəyişiklikləri və ümumi qeyri-stabil mühit də futbolçunun böyük məyusluq yaşamasına səbəb olub.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью