Rafael Ağayev: “Əlim üç dəfə qırılmışdı” FOTO VİDEO

13.05.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Eyni gündə həm burnumdan, həm də əlimdən əməliyyat olmuşam”.

Bunu İdman.biz-ə Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, karateçi Rafael Ağayev deyib.

5 qat dünya, 11 qat Avropa çempionu səhhətində yaranan problemlərdən danışıb. 40 yaşlı idmançı bildirib ki, hazırda vəziyyəti yaxşıdır: “Əlim üç dəfə qırılmışdı. Qolumda keyimə gedirdi. Ona görə də əməliyyat etdirdim. Xəstəxanadan çıxmışam, hazırda müalicəmi evdə davam etdirirəm”.

Aytac Sahəd
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью