Rafael Ağayev eşitmə məhdudiyyətli idmançılarla görüş keçirib VİDEO

03.11.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yay Olimpiya Oyunlarının mükafatçısı, 5 qat dünya, 11 qat Avropa çempionu Rafael Ağayev XXV Yay Deflimpiya Oyunlarına hazırlaşan eşitmə məhdudiyyətli karateçilərlə görüşüb.

İdman.Biz xəbər veir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

R.Ağayev görüş zamanı baş məşqçi Seymur Xudaverdiyev və məşqçi Şahin Xudaverdiyevin rəhbərliyi altında keçirilən taktiki və fiziki hazırlıq prosesi ilə tanış olub, onlara öz tövsiyələrini verərək uğurlar arzulayıb.

Qeyd edək ki, XXV Yay Deflimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью