Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rafael Ağayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti deyilmiş.
Bu barədə qurumun mətbuat xidməti apasport.az saytına məlumat verib.
Federasiyanın vitse-prezidenti Füzuli Musayev durumu dəyərləndirib: "Rafael Ağayev AKF-nin (Azərbaycan Karate Federasiyası) deyil, "Azərbaycan Milli Karate Federasiyası" İctimai Birliyinin vitse-prezidentidir.
Əvvəllər Azərbaycanda çoxsaylı federasiyalar var idi. Son illər Gənclər və İdman Nazirliyinin apardığı idman siyasəti və eyni zamanda İdman
Karate üzrə də Azərbaycanda akkreditasiyadan keçmiş tək karate federasiyası Azərbaycan Karate Federasiyasıdır.
1992-ci ildə biz - yəni, Füzuli Musayev, Ülvi Quliyev, Əhməd Hətəmov, Mirəli Seyidov, Yaşar Bəşirov və digərləri ilə Azərbaycan Karate-Do Federasiyası yaratdıq.
1997-ci ildə federasiyaların sayının artmasından sonra vahid Azərbaycan Karate Federasiyalar Assosisasiyası formalaşdı.