Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən istefa verdi ÖZƏL

16.01.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Karate ustası, beşqat dünya, 11 qat Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən istefa verib.

Oxu.Az-ın məlumatına görə, o, Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsindən ayrılıb.

Qeyd edək ki, R.Ağayev keçən ilin fevralında Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.

Anar Həsənov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью