Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın məşhur karateçisi, beşqat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev Azərbaycan Karate Federasiyası (AKF) ilə aralarında yaranmış narazılıq barədə danışıb.
Qaynarinfo Azerisport.com-a istinadən xəbər verir ki, Avropa çempionu çətin anlarda Federasiya tərəfindən lazımi dəstəyin verilməməsindən şikayətlənib: "Maaşları kəsirdilər, deyirdilər Rafael çıxır danışır.
Demirdilər düz danışır. Danışmalıyam da. Dünya, Avropa çempionatı olanda, deyəndə ki, dizim ağrıyır, deyirdilər sən dağlısan, azərbaycanlısa
Çıxırdım bir ayaqla döyüşürdüm. İstər Avropa çempionatı olsun, istər dünya çempionatı".
Rafael Ağayevin sözlərinə görə zədə ilə bağlı pul tələb edərkən ona qarşı laqeyd münasibət sərgilənib: "Dedim ki, ayağıma dərman lazımdır, iynə üçün pul lazımdır.
Federasiyadan dedilər ki, Rafael, artıq bezdirmisən də. Dünyanın bir nömrəli idmançısına deyirlər ki, bezdirmisən, nə qədər iynə vurmaq olar
Mən robotam? Sözlə demək lazım deyil, Rafael biz sənin yanındayıq. Mən bu gün baxanda, o insanları yanımda görmürəm".