Rafael Dağlıdan “Axşamlar” sürprizi Video

17.10.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Tanınmış klarnet ifaçısı Rafael Dağlı (Bayramov) Türkiyədə yeni musiqi layihəsi üzərində çalışır.

“Qafqazinfo” xəbər verir ki, sənətçi mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin ifasında sevilən “Axşamlar” mahnısını yeni aranjimanda dinləyicilərə təqdim etməyə hazırlaşır.

Artıq mahnı yenidən aranjiman olunub, hazırda isə Türkiyədə ekran işi üzərində çalışılır. Layihədə Rafael Dağlını türkiyəli musiqiçilər müşayiət edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью