Rafael Fiziev: Castini yenidən görmək xoş olardı

24.06.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Onun da əlində qumbara var, mənim də”.

“Apasport”un əməkdaşının məlumatına görə, bu sözləri azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziev deyib.

O, Castin Qetcinin çempionluq kəmərinə sahib çıxmasına reaksiya bildirib: “Qetcinin çıxışı mənə yaxşı enerji, motivasiya vermişdi. Onunla iki döyüş keçirmişik. Castini yenidən görmək xoş olardı. Məktəb zamanı olduğu kimi, öncə dalaşırsan, sonra dost olursan”.  

Fiziev rəqibini dəyərləndirib: “Rəqibim ucaboydur. Topladığım təcrübəni bu döyüşdə göstərəcəm. Onun zəif tərəflərini bilirəm. Bu, mənim 4-cü 5 raundluq döyüşümdür. Mübarizə davam etdikcə bir-birimizi daha yaxşı tanıyacağıq. Döyüşə tam hazıram. İrəliyə doğru əmin addımlarla gedəcəm”.

Qeyd edək ki, UFC Bakı tədbiri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Tahir Abdullayev: Lazım gəlsə, rəqibimə Masallı ciu-citsunu göstərərəm Çarlz Conson: Bakı xalqı çox gözəldir Manuel Torres: Rafaelin məni nakaut edə biləcəyini düşünmürəm Fərman Həsənov: HƏR KƏSLƏ DÖYÜŞƏ BİLƏRƏM UFC həyəcanı Dənizkənarı Bulvarda: Açıq məşq və fan-zona təşkil olunacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью