Rafael Fiziyev braziliyalı UFC idmançısını döyüşə dəvət edib

10.07.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 10 iyul, AZƏRTAC

UFC-də çıxış edən azərbaycanlı idmançı Rafael Fiziev braziliyalı Çarlz Oliveyranı döyüşə dəvət edib.

AZƏRTAC xəbər verir ki, 32 yaşlı idmançı sosial şəbəkədə Oliveyranın bu ilin sonlarında oktaqona qayıtmaq planları ilə bağlı paylaşıma münasibət bildirib. O, tanınmış ulduzla döyüşmək istədiyinə işarə edib.

Qeyd edək ki, Rafael Fiziyev UFC-də 17 döyüş keçirib, onların 13-də qalib gəlib. Çarlz Oliveyranın isə ümumilikdə 46 döyüşdə 35 qələbəsi var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью