Rafael Fiziyev: “Gəl təkrarlayaq, Castin”

25.02.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

UFC-nin yüngül çəkidə azərbaycanlı döyüşçüsü Rafael Fiziyev amerikalı Castin Getji ilə görüşdə avstraliyalı Den Hukeri əvəzləməyə hazır olduğunu açıqlayıb.

İdman.biz xəbər verir ki, bu döyüş ABŞ-nin Las-Veqas şəhərində UFC 313 turniri çərçivəsində keçirilməli idi.

Amma bir müddət əvvəl Hukerin döyüşdən imtina etdiyi barədə xəbərlər yayılmışdı.

Fiziyev sosial şəbəkədə istəyini belə ifadə edib: “Gəl təkrarlayaq, Castin”.

Qeyd edək ki, Getji və Fiziyev artıq döyüşüblər. Onların görüşü 2023-cü ilin martında UFC 286 turnirində baş tutub və üç raunddan sonra yekdil qərarla amerikalının qələbəsi ilə başa çatıb. Bu, Fiziyevin dünyanın ən nüfuzlu təşkilatında üçüncü məğlubiyyəti olub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью