Rafael Fiziyev sparrinq zamanı zədələndi VİDEO

12.09.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev sosial şəbəkədə paylaşdığı video ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, təcrübəli idmançı sparrinq zamanı yaşadığı hadisəni izləyiciləri ilə bölüşüb.

O, ən keyfiyyətli qoruyucu kaska (dəbilqə) taxmasına baxmayaraq, rəqibinin yumruğunun gözünün altına dəydiyini və həmin nahiyədən zədə aldığını bildirib.

Fiziyevin bu vəziyyətdən gileylənməsi izləyicilərin təbəssümünə səbəb olub.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью