Rafael Fiziyev “UFC Fight Night Baku”da rəqibini nokauta saldı VİDEO

27.06.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“UFC Fight Night Baku” turnirinin əsas döyüşü baş tutub.

İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan gecənin əsas qarşılaşmasında Rafael Fiziyev meksikalı Manuel Torreslə qarşılaşıb. Həmyerlimiz nokautla meksikalı döyüşçünü məğlub edib.

Qeyd edək ki, daha əvvəl əsas kardda azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə qarşılaşıb. Həmyerlimiz rəqibinə nokautla məğlub olub.

İlkin kardda isə azərbaycanlı Tahir Abdullayev yarımorta çəki dərəcəsində braziliyalı Cefferson Nasimentonu məğlub edib. Döyüşçü rəqibinə üçüncü raundda vaxtından əvvəl qalib gəlib.

Digər həmyerlimiz Fərman Həsənov amerikalı Erik Nolanla qarşılaşıb. Həmyerlimiz rəqibinə xal hesabı ilə qalib gəlib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью