Rafael Fiziyevdən növbəti döyüş anonsu

19.07.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev noyabrda oktaqona qayıdacağını açıqlayıb.

İdman.biz xəbər verir ki, tanınmış idmançı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda "Ataman" növbəti rəqibinin kim olması ilə bağlı azarkşlərə müraciət edib: "Noyabrda geri dönməyi planlaşdırıram. Mənim siyahımda kim var?".

Qeyd edək ki, iyunun 21-də Bakıda keçirilmiş UFC gecəsində Rafael çilili İqnasio Bahamondesə qalib gəlib. Fiziyev noyabrda Nyu-Yorkda təşkil olunacaq UFC322 turnirində iştirak etmək arzusundadır.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью