Rafael Fiziyevin növbəti rəqibi bəlli olur ADLAR

13.07.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UFC-nin yüngül çəki dərəcəsində mübarizə aparan azərbycanlı döyüşçü Rafael Fiziyevin oktaqona qayıdışı böyük maraq doğurur.

Fanat.Az xəbər verir ki, Bakıda Manuel Torresi nokautla məğlub edən və iddialı mövqeyini bərpa etmək istəyən idmançının növbəti döyüşü üçün potensial rəqiblərin adları dəqiqləşib

"Ataman"ın növbəti rəqibi rəsmi olaraq təqdim edilən bu 4 güclü döyüşçüdən biri olacaq:
 Çarlz Oliveyra
 Den Huker 
 Mateuş Qamrot 
 Kuillan Salkilld 

Siyahıda həm sabiq çempionun, həm də çəkinin ən təhlükəli idmançılarının yer alması Fiziyevi növbəti döyüşdə çox çətin və gərgin bir sınağın gözlədiyindən xəbər verir. Yüngül çəki divizionunda böyük intriqa vəd edən qarşılaşmanın yaxın müddətdə rəsmən elan olunacağı gözlənilir.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью