Rafael Fiziyevin oktaqona qayıdacağı tarix bəlli oldu | Icma.az
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qarışıq döyüş növləri (MMA) üzrə turnirlərdə Azərbaycanı təmsil edən Rafael Fiziyevin UFC-yə qayıdacağı tarix bəlli olub.
İdman.Biz xəbər verir ki, bu barədə azərbaycanlı döyüşçünün meneceri Sayat Abdurəhmanov “Uşatayka” “YouTube” kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Fiziyev zədədən sonra reabilitasiya dövrü keçir və onun növbəti döyüşü gələn ilin əvvəlində baş tuta bilər: “Bu, Rafel üçün çox yaxşı hekayə ola bilərdi.
O, reytinqlərdə irəliləyə, Braziliyada Oliveyraya qarşı əsas döyüşdə qalib gələrək tarixi bir nəticə qazana bilərdi. Təəssüf ki, zədə aldı.
Döyüşdən imtina qərarı düzgün idi, əks halda zədə daha da ağırlaşardı və o, uzun müddət sıradan çıxardı.
İndi reabilitasiya mərhələsindədir və biz ümid edirik ki, gələn ilin əvvəlində döyüşə biləcək.
Əlbəttə, belə döyüşdən kənarda qalmaq istəmirdik, amma qərar tamamilə doğru idi”.
Tam oxu
Xəbəri oxu