Rafael Hüseynov parlamentdə qəbul keçirdi FOTO

05.03.2025

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Martın 5-dı Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov Milli Məclisdə növbəti qəbulunu keçirib.

Redaktor.az xəbər verir ki, Bakı şəhərindən və respublikanın müxtəlif rayonlarından olan seçiciləri dinləyən Rafael Hüseynov qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparıb, müraciətlərin əksəri elə görüş əsnasında müvafiq qurumlarla əlaqə saxlanılaraq həll edilib.

Qeyd olunub ki, həlli vaxt tələb edən müraciətlərlə bağlı əlaqədar təşkilatlara məktublar göndəriləcək.

Redaktor.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью