Rafael İsgəndərov şəhid dostundan danışarkən...

07.11.2024

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Əməkdar artist Rafael İsgəndərov "İncə səhər" verlişində kövrəlib. 

News24.az xəbər verir ki, efirdə Zəfər Günü ilə bağlı danışırlarkən Rafael İsgəndərovun dostu, 2 oğlu ilə birlikdə 44 günlük Vətən müharibəsində iştirak edib, özü isə şəhid olmuş Müşfiq Abbasovun adı çəkilib. Verilişdə şəhidin Rəfael İsgəndərova göndərdiyi son səs yazısı səsləndirilib. Bundan təsirlənən Rafael İsgəndərov göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Müşfiq Abbasov Vətən müharibəsində böyük əzmkarlıq nümayiş etdirən qəhrəman şəhidlərimizdən biridir. Onun döyüş yoldaşları onun cəsur, qorxmaz olduğunu xüsusi vurğulayırlar.

Ağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью