Rafael Leau Fənərbağça ya bu təkliflərlə gəlir

24.07.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Fənərbaxça"nın "Milan"ın vingeri Rafael Leau üçün hazırladığı təklif bəlli olub.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı futbolçuya illik 8 milyon avro maaş və bonsular təklif edib.

Belə ki, oyunçu mövsüm ərzində 20-dən çox oyunda meydana çıxacağı halda 1,5 milyon avro, 15 qol vuracağı təqdirdə daha 1,5 milyon avro qazanacaq. "Fənərbağça" Super Liqa çempionu olarsa, futbolçuya əlavə 1 milyon avro bonus ödəniləcək.

Qeyd edək ki, Leau ötən mövsüm "Milan" forması ilə bütün turnirlərdə 50 oyunda 12 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью