Rafael Məhərrəmli: Bu haqda dəqiq bir söz deyə bilmərəm

19.02.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Kəpəz"lə oyunun çətin keçəcəyini bilirdik. Rəqibimiz son turlarda məğlub olmurdu. Matçda üstün tərəf biz olsaq da, oyun heç-heçə bitdi. Qalib gəlmək şansımız çox idi, amma ən əsası bir xal götürə bildik". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın kapitanı Rafael Məhərrəmli deyib.
"Şamaxı"nın yarımmüdafiəçisi növbəti mövsümdən reallaşacaq legioner limitinin ləğvi qərarına da münasibət bildirib:
"Bu haqda dəqiq bir söz deyə bilmərəm. Rəqabət olmasa, inkişaf olmaz. İstər legioner olsun, istərsə də yerli, onsuz da oynamaq kimin haqqıdırsa, o da meydana çıxacaq. İnşallah, yeni qərar Azərbaycan futbolunun və futbolçularının xeyrinə olar".

Qeyd edək ki, Misli Premyer Liqasının 23-cü turunda "Şamaxı" səfərdə "Kəpəz"lə "sülh" bağlayıb - 1:1.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью