Rafael Nadal karyerasını başa vurdu

20.11.2024

Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rafael Nadal karyerasını başa vurdu

22 qat "Böyük Dəbilqə" çempionu, ispaniyalı tennisçi Rafael Nadal karyerasını başa vurub.

Oxu.Az xəbər verir ki, hələ oktyabrın 10-da Nadal "Devis Kuboku-2024"ün final mərhələsi oyunlarından sonra karyerasını başa vuracağını açıqlamışdı.

Son görüşündə Botik van de Zandşulpa 1/4 finalda 0:2 (4:6, 4:6) hesabı ilə məğlub olan Rafael Nadal daha sonra karyerasını başa vurduğunu bildirib.

"İş bu nöqtəyə çatanda heç kimin xoşuna gəlməyəcək. Tennis oynamaqdan yorulmuram. Lakin bədənim daha tennis oynamaq istəmir", - deyə R.Nadal bildirib.

Qeyd edək ki, Nadal karyerası ərzində "Böyük Dəbilqə" turnirlərindən iki dəfə Uimbldon və Avstraliya Açıq (Melburn) turnirinin, dörd dəfə ABŞ Açıq (Nyu-York) turnirinin və 14 dəfə (mütləq rekord) isə Fransa Açıq (Paris, Rolan Qarros) turnirinin qalibi olub. Ümumilikdə, o, təkbaşına 92 ​​titul qazanıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью