Rafael Nadal Mançester Sitinin akademiyasını ziyarət edib

28.11.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

İspaniyalı sabiq tennisçi Rafael Nadal ailəsi ilə birlikdə İngiltərənin "Mançester Siti" futbol klubunun akademiyasını ziyarət edib.

"Report"un məlumatına görə, "Böyük dəbilqə" turnirlərinin 22 qat qalibi bu barədə sosial şəbəkə hesabında bildirib.

O, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola və oyunçular Erlinq Holann, Bernardu Silva, Cek Qrilişlə görüşüb.

Qeyd edək ki, Rafael Nadal ötən həftə, 38 yaşında karyerasını bitirib.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью