Rafael Nadal qolf yarışında iştirak edib

26.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İspaniyalı sabiq tennisçi Rafael Nadal Balear adalarında keçirilən qolf yarışında iştirak edib.

"Report" "Sportskeeda"ya istinadən xəbər verir ki, 38 yaşlı idmançı 76 iştirakçı arasında səkkizinci yeri tutub.

"Böyük dəbilqə" turnirinin 22 qat çempionu daha əvvəl fevralda Malyorkada keçirilən həvəskar qolf turnirinin qalibi olub.

Qeyd edək ki, R.Nadal karyerasını bir neçə gün öncə başa vurub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью