Rafael Qluksmanın prezident seçilmək şansı nə qədərdir? ŞƏRH

27.08.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“Prinsip etibarı ilə “Place publique” partiyasının həmsədri Rafael Qluksmanın prezident seçkilərində qalib gəlməsi nəzəri cəhətdən mümkündür. Lakin bu gün üçün onun seçkilərdə qalib gəlməsi kifayət qədər uzaq ehtimal hesab oluna bilər”.

Gununsesi.info  bildirir ki, bu fikirləri politoloq Qulamhüseyn Əlibəyli deyib:

“Belə ki, Qluksmanın öz namizədliyini irəli sürmək niyyətini açıqlaması onu avtomatik şəkildə prezidentliyə namizəd etmir. Qluksman namizədliyini elan etdikdən sonra Sosialist Partiyası ilə Place publique-in təşkil oktyabrda təşkil edəcəyi etdiyi seçkidə iştirakını edəcəyini təsdiqləyib. İlkin seçkidə Sosialist Partiyasının bir neçə rəsmisi də iştirak edəcəyini bildirib. Fransanın sabiq prezidenti Ollandın da ilkin seçkiyə qatılacağı ehtimalı var; Əgər Olland namizədliyini rəsmiləşdirsə, Qluksmanın qarşısında kifayət qədər ciddi, təcrübəli sosial-demokrat rəqiblə mübarizə aparmalı olacaq. Hətta bu ilkin seçkidən keçsə də seçki marafonunda ultrasağ və sağ mərkəzçi namizədlərlə yarışmaq asan olmayacaq.

Rafael Qluksman hələ seçkiqabağı platformasının əsas tezislərini açıqlamadığından prezident seçiləcəyi halda onun hansı siyasət yürüdəcəyini indidən birmənalı müəyyən etmək çətindir. Lakin onun siyasi baxışları və indiyə qədərki fəaliyyəti haqqında olan məlumatlar çox şey deyə bilər.

Xatırladak ki, Qluksman 2008-2013-cü illərdə Gürcüstan prezidenti Saakaşvilinin müşaviri olub. Qalan vaxtlarda əsasən jurnalist, rejissor, jurnal redaktoru, siyasi şərhçi kimi fəaliyyət göstərib. Aktiv siyasi fəaliyyətlə 2018-ci ildən “Place publique” hərəkatını təsis etməklə başlayıb, 2019-cü ildə Sosialist Partiyasının siyahısı ilə Avropa Parlamentinə seçilib”.

O əlavə edib ki, məhz Avropa Parlamentinin üzvü kimi onun fəaliyyəti siyasi baxışlarının cizgilərini müəyyən etmək umun əhəmiyyətlidir:

“Bu baxımdan demək olar ki, daha mülayim, bir qədər də mərkəzə yaxın solçu siyasətçi kimi görünür (bunu sol mərkəzçi kimi adlandırmaq daha düzgün olardı). Daha çox sosial-demokratik və liberal-demokratik dəyərlərə üstünlük verir, Fransa daxili məsələlərdə Makronun iqtisadi siyasətinə qarşıdır, Lakin beynəlxalq siyasətdə onun xəttinə yaxın mövqe tutur, Avropa inteqrasiyasının gücləndirilməsinə və Avropanın strateji müstəqilliyinə tərəfdardır. Rusiyaya qarşı sərt mövqedən çıxış edir və Ukraynanı güclü şəkildə dəstəkləyir”.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью