Rafael Qrossi BMT Baş katibi olmaq istəyir

08.09.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAGATE) baş direktoru Rafael Qrossi bəzi ölkələrin onun namizədliyi ilə bağlı mövqeyi barədə məlumatı olmasa da, BMT-nin növbəti Baş katibi seçilmək şansına nikbin yanaşır. O, bu barədə Vyanada keçirdiyi mətbuat konfransında bildirib. “Mən hələ də çox nikbinəm”, –  deyən Qrossi qeyd edib ki, baş katibin seçilməsi prosesi davam edir və bu, xüsusi prosedurdur. Onun sözlərinə görə, bu proses çərçivəsində ölkələr mövqelərin yaxınlaşdırılması mərhələlərindən keçirlər və yaxın həftələrdə namizədlərlə bağlı onlar arasında daha bir sorğunun aparılması gözlənilir: “Əlbəttə, ölkələr kimə səs verəcəkləri barədə danışmırlar”.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью