“Rafale” qırıcıları müharibədə nəyi dəyişəcək?

18.11.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Fransanın “Rafale” qırıcı təyyarələri müharibə zonasındakı vəziyyəti dəyişdirməkdə Kiyevə kömək edə bilməyəcək”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu "Military Watch Magazine" yazır. 

Məqalədə deyilir: 

"Qırıcı təyyarələrin Ukraynada güc balansına əhəmiyyətli dərəcədə təsir göstərmək qabiliyyətinin məhduddur".

Xatırladaq ki, bazar ertəsi günü Prezident Makron Fransada rəsmi səfərdə olan Volodimir Zelenski ilə görüşüb və onlar niyyət bəyannaməsi imzalayıblar. 

AFP-nin məlumatına görə, sənəd təxminən on il müddətinə nəzərdə tutulub. “Rafale” təyyarələrindən əlavə, Ukraynaya yeni nəsil hava hücumundan müdafiə sistemlərinin, o cümlədən hələ də inkişaf mərhələsində olan yeni SAMP/T modifikasiyasının, eləcə də radarlar və dronların tədarükünü nəzərdə tutur.

Rusiya hesab edir ki, Ukraynaya silah tədarükü münaişənin nizamlanmasına mane olur, NATO ölkələrini münaqişəyə birbaşa cəlb edir və "odla oynamaq" deməkdir. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukraynaya silah göndərilməsi Rusiya üçün qanuni hədəf olacaq. Kreml Qərbin Ukraynaya silah tədarükünün danışıqlara mənfi təsir göstərəcəyini bildirib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью