Rafale qırıcıları nüvə silahı daşıya bilər...

16.09.2025

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Polşaya yerləşdirilən Fransanın Rafale qırıcıları nüvə silahı daşıya bilər.

SİA xəbər verir ki, bu barədə “RİA Novosti” “Defence24” nəşrinə istinadən məlumat yayıb.

Xatırladaq ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Parisin Polşaya üç Rafale qırıcısı göndərəcəyini bildirmişdi.

Orada bu təyyarələr ölkənin hava məkanını qoruyacaq.

Nəşrin məlumatına görə, yerləşdirilən “Rafale” qırıcıları Sen-Dizier bazasının 4-cü diviziyasının xüsusi bölməsinin tərkibində olub.

Bu bölmə nüvə silahı daşıyıcılarında ixtisaslaşmışdır. Eyni zamanda təyyarə Polşaya nüvə silahı olmadan gəlib.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью