Rafinya 3 oyunluq diskvalifikasiya edilə bilər

15.04.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Atletiko Madrid" səddini keçə bilməyən (0:2, 2:1) "Barselona"nın vingeri Rafinya 3 oyunluq diskvalifikasiya edilə bilər. 

Fanat.Az xəbər verir ki, braziliyalı futbolçunun matçın ardından hakimlərin qərəzli idarəçiliyinə işarə vuraraq "Barselona"nı qarət etdilər" deməsi cəzalandırılması üçün ciddi əsasdır.

Xatırladaq ki, Kataloniya komandası bu gecə Madriddə baş tutan görüşün 79-cu dəqiqəsindən azlıqda mübarizə aparıb. Erik Qarsiyanı meydandan qovan referi "blauqrana"nın 1 qolunu da saymayıb.

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью