Rafinya ardıcıl 2 ci dəfə ən yaxşı seçildi

03.10.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniya La Liqasında sentyabr ayının ən yaxşı oyunçusu məlum olub.

Sportal.az xəbər verir ki, "Barselona"nın kapitanı Rafinya ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı vinger mükafat uğrunda səsvermədə Kilian Mbappe ("Real"), Conatan Devid ("Atletiko"), Serxio Kamelyo ("Rayo Valyekano") və Fer Ninyo ("Elçe") kimi rəqiblərini geridə qoyub.

Qeyd edək ki, Rafinya sentyabrda İspaniya çempionatında meydana çıxdığı 4 matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı futbolçu avqustda da La Liqada ayın oyunçusu seçilmişdi.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью