Rafinya “Atletik” matçı üçün hazırlaşır

11.11.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Barselona”nın cinah hücumçusu Rafinya fərdi məşqlərə başlayıb.

QOL.az xəbər verir ki, “Barselona”nın 28 yaşlı cinah oyunçusu Rafinya zədədən sonra bərpa prosesini davam etdirir. Futbolçu fərdi proqram üzrə məşqlərə qoşulub. Məlumata görə, bərpa prosesi yekunlaşmaq üzrədir və futbolçunun tezliklə qrupla məşqlərə qoşulması gözlənilir. Klub Rafinyanın 13-cü turda “Atletik” (Bilbao) ilə keçiriləcək matça qədər hazır olacağına ümidlidir.

Xatırladaq ki, Rafinya La Liqanın 6-cı turunda “Oviedo” ilə görüşdə (3:1) zədələnmiş, sonradan məşq zamanı zədəsi təkrarlamışdı.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью