Rafinya Atletiko azarkeşlərindən üzr istədi

15.04.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rafinya "Atletiko" azarkeşlərindən üzr istədi

"Barselona"nın hücumçusu Rafinya UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan sonra "Atletiko" azarkeşlərinə etdiyi jestlərə görə üzrxahlıq edib. 

QOL.az xəbər verir ki, braziliyalı futbolçu qarşılaşma başa çatdıqdan sonra Madrid təmsilçisinin tərəfdarlarına komandalarının yarımfinal mərhələsində turnirlə vidalaşacağına işarə edən jestlər göstərib.

DAZN kanalının yayımladığı həmin videonun şərh bölməsində fikirlərini bildirən Rafinya hərəkətinə görə peşman olduğunu vurğulayıb:

"Hərəkətimə görə üzr istəyirəm. Bu, mənim dəyərlərimə və xarakterimə uyğun gəlmir. Bu hadisə dünən axşam mənə qarşı hörmətsizlik edən bir azarkeşə cavab verdiyim gərgin anlarda baş verdi".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью