Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Barselona”nın cinah oyunçusu Rafinya Kral Kubokunda “Atletiko Madrid”ə qarşı keçiriləcək cavab oyunundan əvvəl sosial mediada azarkeşlərə müraciət edib.
İdman.Biz bildirir ki, yarımfinalın cavab oyunu 3 mart çərşənbə axşamı günü “Kamp Nou”da keçiriləcək.
Kataloniyalılar ilk oyunda 4:0 hesabı ilə məğlub olublar.
“1% ehtimal, 99% inam. Sizə inanırıq”, - deyə Rafinya yazıb.