Rafinya Atletiko Madridə məğlubiyyətin əsas səbəbkarının kim olduğunu dedi

25.12.2024

Icma.az, Fanat saytına istinadən bildirir.

"Barselona"nın vingeri Rafinya İspaniya La Liqasının 18-ci turunda evdə "Atletiko Madrid"dən aldıqları məğlubiyyətin (1:2) əsas səbəbkarının kim olduğunu deyib.

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, braziliyalı oyunçu qısa açıqlama ilə kifayətlənib:

"Məğlubiyyətə görə günahı özümdə görürəm. Əsas səbəbkar mənəm".

Xatırladaq ki, qonaqların 90+6-cı dəqiqədə vurduğu qələbə qolu zamanı məhz Rafinya Aleksandr Sörlota verilən ötürmənin qarşısını kəsə bilməyib. 

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью