Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Rafinya Bakıda azarkeşlərin böyük marağı ilə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la keçiriləcək qarşılaşma üçün Azərbaycan paytaxtına gələn braziliyalı futbolçunun ətrafında azarkeş izdihamı yaranıb.
Rafinya futbolsevərlərin avtoqraf istəyini geri çevirməyib.
Qeyd edək ki, “Sabah” - “Barselona” qarşılaşması 25 noyabrda Bakı Olimpiya Stadionunda keçiriləcək. Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunun görüşü saat 21:45-də başlayacaq.