Rafinya “Barselona” azarkeşlərinə müraciət etdi

07.05.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Barselona"nın yarımmüdafiəçisi Rafinya Çempionlar Liqasının yarımfinalının cavab oyununda "İnter"ə məğlubiyyətdən sonra komandanın azarkeşlərinə müraciət edib. Sport24.az xəbər verir ki, brazliyalı futbolçu sosial şəbəkə hesabında paylaşım edib:

"Daha güclü qayıdacağıq. Dəstəyiniz üçün hamınıza təşəkkür edirik, birlikdə qalırıq. Mövsüm hələ bitməyib. Mən hər gün bu rəngləri qürurla geyinirəm və komanda ilə fəxr edirəm. Yaşasın "Barsa".

Qeyd edək ki, "İnter"in həlledici matçda rəqibinin kim olacağı bu keçiriləcək PSJ - "Arsenal" oyunundan sonra aydınlıq gələcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью