Rafinya “Barselona” ilə yeni müqavilə ərəfəsində agentini dəyişdi

23.09.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Rafinya yeni müqavilə danışıqları ərəfəsində agentini dəyişib.

İdman.Biz xəbər verir ki, 29 yaşlı futbolçu bundan sonra Ali Barat tərəfindən təmsil olunacaq. Məhz o, “Barselona” ilə yeni müqavilənin şərtləri üzrə danışıqları aparacaq.

Rafinyanı əvvəllər Deku təmsil edib. Lakin portuqaliyalı 2022-ci ildə futbolçunun “Lids”dən “Barselona”ya keçidindən sonra kataloniyalıların idman direktoru vəzifəsinə təyin olunduğu üçün agentlik fəaliyyətini dayandırıb.

Ali Barat beynəlxalq səviyyədə tanınan futbol agentidir. Onun təmsil etdiyi oyunçular arasında Denzel Dumfris, Nikolas Cekson və Noa Lanq da var. Mənbənin məlumatına görə, Rafinyaya Jorje Mendeş və Culiano Bertoluççi kimi agentlərdən də təkliflər gəlib.

“Barselona”nın idman direktoru Deku tərəflərin yeni müqavilə ilə bağlı razılığa gəldiyini bildirib. Onun sözlərinə görə, Rafinya daha dörd il komandada qalacaq.

Qeyd edək ki, braziliyalı futbolçu cari La Liqa mövsümünün ilk yeddi turunda 12 qol vurub və üç məhsuldar ötürmə verib. O, Çempionlar Liqasında isə bir oyunda iki dəfə fərqlənib. Rafinya mövsümün əvvəlində komandanın kapitanlarından biri də seçilib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью