Rafinya Barselona ilə yeni müqavilə imzalayacaq

04.11.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Barselona” Rafinya ilə müqavilənin uzadılacağını açıqlayıb.

Sportal.az xəbər verir ki, braziliyalı cinah hücumçusu ilə imzalanacaq yeni müqavilə 30 iyun 2030-cu il tarixinədək qüvvədə olacaq.

Müqavilənin rəsmi imzalanma mərasimi sabah “Barselona” klubunun prezidenti Joan Laportanın ofisində baş tutacaq. İmzalanma mərasimindən sonra Rafinya jurnalistlərin suallarını cavablandıracaq.

Cari mövsümdə Rafinya “Barselona” və Braziliya millisinin heyətində ümumilikdə 24 oyuna çıxıb, 20 qol vurub və 4 məhsuldar ötürmə edib.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью