Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı

20.09.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

İspaniyanın "Barselona" klubunun braziliyalı hücumçusu Rafinya Kataloniya təmsilçisinin heyətində mövsümün ilk oyunlarında vurulan qolların sayına görə mütləq rekorda imza atıb.

Milli.Az rg.ru-ya istinadən xəbər verir ki, kataloniyalılar ölkə çempionatının 7-ci turunun səfər qarşılaşmasında "Sevilya"ya 3:1 hesabı ilə qalib gəliblər, 29 yaşlı braziliyalı isə het-trik müəllifi olub.

Bu uğur sayəsində Rafinyanın aktivində bütün rəsmi turnirlər nəzərə alınmaqla mövsümün ilk səkkiz matçında artıq 14 qol var.

Braziliyalı hücumçu İspaniyanın dördqat çempionu Sesar Rodriqesin tarixi nailiyyətini geridə qoyub. Rodriqes 1948/49 mövsümündə analoji oyun kəsiyində 13 qola imza atmışdı.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью