Rafinya Braziliya millisinin düşərgəsini tərk etdi SƏBƏB

30.09.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Barselona"nın və Braziliya yığmasının 29 yaşlı ulduz hücumçusu Rafael Dias (Rafinya) sağ budundan aldığı zədə üzündən milli komandanın düşərgəsi ilə vidalaşmalı olub.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Braziliya Futbol Konfederasiyası məlumat yayıb.

Hücumçu bu zədəni Braziliyanın 4:2 hesablı qələbəsi ilə başa çatan Avstraliyaya qarşı yoldaşlıq görüşündə alıb. Meydana kapitan sarğısı ilə çıxan və 45-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Rafinya, ikinci hissədə oyunu davam etdirə bilməyib. Tibbi müayinədən sonra futbolçunun sağ budunun arxa hissəsində kiçik əzələ şişkinliyi aşkar edilib.

Xatırladaq ki, cari mövsümdə Rafinya "Barselona"nın heyətində çıxış etdiyi səkkiz matçda 14 qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb. Braziliya millisinin forması ilə isə o, indiyədək 43 oyuna çıxaraq rəqib qapılarından 12 top keçirib və doqquz qol ötürməsi verib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью