Rafinya ÇL də Messinin nəticəsini təkrarladı

10.04.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Barselona"nın vingeri Rafinya İspaniya nəhənginin sabiq hücumçusu Lionel Messinin Çempionlar Liqasında (ÇL) 13 il öncəki məhsuldarlığını təkrarlayıb.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, braziliyalı futbolçu cari mövsüm qitənin ən nüfuzlu klub turnirində 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

"Blauqrana"nın heyətində son olaraq Messi 2011/2012 mövsümündə 19 məhsuldar göstərici ilə (14 qol, 5 assist) diqqət mərkəzinə düşmüşdü.

Qeyd edək ki, ÇL-də bir mövsümdə ən çox qol vuran futbolçu Kriştianu Ronaldu olub. O, 2013/2014 mövsümündə 17 dəfə rəqib qapılarına yol tapıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью