Rafinya DÇ yə qayıtmaq üçün çalışır

28.06.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Braziliya millisinin və “Barselona”nın futbolçusu Rafinya DÇ-2026-da yenidən meydana qayıtmaq üçün çalışmalarını davam etdirir.

İdman.Biz “The Guardian”a istinadən xəbər verir ki, 29 yaşlı vinger Haiti ilə 3:0 hesablı qələbə qazanılan oyunda arxa bud əzələsindən zədə alıb. Bu səbəbdən o, qrup mərhələsinin son matçını buraxıb və 1/16 finalda Yaponiya ilə qarşılaşmada da komandasına kömək edə bilməyəcək.

Bildirilib ki, Rafinya Braziliya millisinin Nyu-Cersidəki məşq bazasında qalıb və bərpa proqramını davam etdirir. Futbolçu gündə üç dəfə reabilitasiya məşqi keçir. Həkimlər onun Braziliya 1/8 finala yüksələcəyi halda heyətə qayıda biləcəyinə ümid edirlər.

Meydandan kənarda isə Rafinya şəxsi həyatı və transfer xəbərləri ilə bağlı iddialara reaksiya vermir. Onun adı Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə hallansa da, braziliyalı futbolçunun əsas məqsədi mümkün qədər tez sağalaraq mundialda millisinə kömək etməkdir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью