Icma.az, Fanat portalına istinadən məlumat verir.
"Barselona"nın cinah hücumçusu Rafinya ən sevimli rəqibinin hansı komanda olduğu barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, daha öncə "Lids", "Renn", Sportinq" və "Vitoriya Gimaraynş"ın formasını geyinmiş braziliyalı vingerin cavabını "The Touchline" belə çatdırıb:
"Mənim sevimli rəqibim "Real Madrid"dir".
2022-ci ildən "Barselona"da çıxış edən Rafinya 3 dəfə La Liqanın, eləcə də İspaniya Kubokunun və İspaniya Superkubokunun qalibi olub. Cari mövsüm klubunun heyətində bütün turnirlərdə 33 matça çıxan cənubi amerikalı 21 qol 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir.
Nihat