futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Barselona” Çempionlar Liqasının əsas mərhələsinin I turunda “Feyenoord”u məğlub edib – 5:1.
Futbolpress.az xəbər verir ki, kataloniyalıların heyətində Rafinya dubl edib. O, turnirdə vurduğu qolların sayını 21-ə çatdırıb.
Rafinya bu göstəricidə “Barselona”nın sabiq futbolçusu Neymara çatıb. Hər iki oyunçu ÇL-də 21 qola imza atıb.
“Barselona”nın Çempionlar Liqasındakı bombardiri 120 qolla argentinalı hücumçu Lionel Messidir.